Şagirdlər 1-ci sinifdən retepetitor yanına gedirsə, məktəb nəyə lazımdır?

İllərdir ki, ölkəmizdə repetitorluq fəaliyyəti mövcuddur. Əvvəllər əsasən yuxarı sinif şagirdləri biliklərini daha da təkmilləşdirib ali məktəbə qəbul olmaq üçün repetitor yanına gedirdisə, bu gün ibtidai sinif şagirdləri də məktəbdə keçdikləri fəndən hazırlığa gedirlər. Repetitorların keçdikləri dərs qarşılığında aldıqları ödəniş isə ildən ilə artır. Repetitor fəaliyyəti ilə məşğul olan Tacirə Abdullayeva deyir ki, dərs prosesi zamanı əyani vəsaitlərə xərc çəkməli olur. Bundan başqa, digər sahələrdə də qiymət artımı olması onların da həyatına təsir edir. Təhsil eksperti Adil Vəliyev bildirir ki, şagirdlərin məktəbdə keçilən dərsləri yenidən repetitordan öyrənməsinə səbəb onların keçdikləri dərsə verdikləri təminatdır. Məktəblilər məhz bu səbəbdən repetitorlara üz tuturlar. Təhsil eksperti Səbuhi Abdullayev isə qeyd edir ki, məktəbdə aşağı siniflərdə oxuyan şagirdlərin dərs yükünün çox olması onların repetitor yanına üz tutmasına səbəb olur. Gələcəkdə övladlarının xarici universitetlərdə oxumasını istəyən valideynlər də övladlarını aşağı siniflərdən repetitor yanına göndərirlər. Qeyd edək ki, hazırda paytaxtda fəaliyyət göstərən repetitorların 1 aylıq ortalama qiyməti 50 manatdır. Bir şagird 5 fəndən hazırlığa gedərsə, ay ərzində 250 manat xərc çəkməli olur ki, bu da il ərzində kifayət qədər yüksək məbləğ edir. ORXAN ASLAN RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv