Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirildi - YENİ ÜNVAN...
Əvvəllər Bakıda Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşməsi, buranın ziyarət üçün uyğunsuz yer olması ilə bağlı müxtəlif şikayətlər var idi. Artıq bir neçə müddət idi ki, bu problemlərin yaşanmaması üçün heykəlin yerinin dəyişdirilməsi ilə bağlı mətbuatda yazılar dərc olunurdu. Lakin həmin yazılar hələ ki, özünü doğrultmurdu. O da dünənə kimi…Çünki ötən gün görkəmli dövlət xadimi, sərkərdə, filosof və şair Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirildi.
APA TV-nin məlumatına görə, heykəl Yusif Səfərov küçəsindən Leyla Şıxlinskaya klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü.
Sakinlər də heykəlin yerinin dəyişdirilməsindən razıdırlar.
Qeyd edək ki, Yusif Səfərov küçəsi ilə Mehdi Mehdizadə küçəsinin kəsişməsində yerləşən heykəl 1993-cü ildə ucaldılıb.
Elvin Paşazadə, Musa Qulammirzəyev, APA TV