Şahbuz rayonunun bu kəndində 4 ildir ki, içməyə su tapılmır

Şahbuz rayon Külüs kəndinin əhalisi uzun müddətdir susuzluqdan əziyyət çəkir. Dağların ətəyində yerləşən kənddə 3-4 ildir ki, su çatışmazlığı mövcuddur. Su problemi külüslülərin yaşayışını qara gətirib. Sakinlər deyir ki, problemi hamı bilir, amma heç kəs bir çarə qılmır. Sakinlər deyir ki, indi onların həyətlərindəki quyular quruyub, nəinki əkin sahələrini suvarmağa, hətta içməyə belə su tapmırlar. Susuzluq kəndə olan meyvə ağaclarının da məhvinə səbəb olub. Uzun illər öncə salınan meyvə bağları indi quruyub və o bağların yerini saralmış düzənliklər əvəzləyib. Külüs sakinləri məsələ ilə bağlı Ali Məclisə belə müraciət ediblər. Məsələnin həlli üçün aidiyyəti qurumlara tapşırıq verilsə də, problem həllini tapmayıb. Məsələ ilə bağlı Şahbuz rayon Meliorasiya və su təsərrüfatı idarəsinin mövqeyini öyrənməyə çalışdıq. İdarədən bildirildi ki, artıq onlara bu barədə tapşırıq verilib və qısa vaxt kəsiyində Külüs kəndində artezian quyusu vurulacaq. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv