21:27 29 oktyabr 2023 993
Ana səhifə Xəbərlər

Şahdağ milli parkında yanğın olub – APA TV

 

Şahdağ Milli Parkında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 m² sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın