Şahdağa istirahətə gedən məktəblilər dəhşət yaşadı

Qusarda bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Laza kəndində baş verib. 2008-ci il təvəllüdlü Nihad Rüstəmli qayadan yıxılaraq ölüb.

 

İlkin məlumata görə, orta məktəb şagirdi olan Nihad məktəbli dostları ilə birgə Şahdağa istirahətə gedib. Bu məqsədlə onlar avtobus icarəyə götürüblər və Bakıdan Qusara yola düşüblər. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən Nihad Rüstəmli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman onun ayağı sürüşüb və 13 yaşlı oğlan qayadan yıxılıb. O, hadisə yerində vəfat edib.

 

Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv