Sahib İbrahimov barəsində QƏRAR VERİLDİ

Dələduzluqda təqsirli bilinən Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA TV-nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Sahib İbrahimov 6 il 9 ay azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

 

Müəllif | Apa.Tv
Apa.tv