Sahibə Qafarova Milli Məclisə belə spiker seçildi

Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin spikerinin seçilməsi məsələsi müzakirə edilib.

APA Tv-nin məlumatına görə, bu vəzifəyə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova seçilib.

Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv