Sahibkarlara qaza görə güzəştlər edilə bilərmi?

Rusiya-Ukrayna müharibəsi səbəbindən bir çox yerli sahibkarlar məhsullarını xarici bazara çıxara bilmir. Nəticədə işlətdikləri qaza görə “Azəriqaz” İstehsalat Birliyinə borcları yaranır və bu səbəbdən qazın verilişi dayandırılır. Sahibkarlar deyir ki, bu kimi səbəblərə görə onlara güzəşt olunmalıdır.

 

Maraqlıdır görəsən qazın verilişinin dayandırılması üçün müəyyənləşdirilən bir məbləğ varmı?

 

Sualın cavabını “Azəriqaz” İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov cavablandırıb.


Vüqar Eyvazov "Açıq qapı" aksiyası çərçivəsində həmçinin bir neçə gün əvvəl "Azəriqaz"-ın 4 şöbə müdirinin həbsi barədə yayılan məlumatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, yoxlama, nəzarət idarəçilikdə tətbiq edilən əsas üsullardan biridir. Zərurət yarandığı təqdirdə və yaxud dövlət qurumları məqsədə uyğun hesab etdiyi halda bütün qurumlar müvafiq qaydada yoxlanılırlar: “Verilən suallara cavab verildi və biz yenə də fəaliyyətimizə davam edirik, elə eyni tərkibdə. Yəni, bu, qəbul edilən normal təcrübədir. Bundan sonra da belə bir zərurət yaranarsa, təbii ki, müvafiq qaydada sorğular cavablandırılacaq və müvafiq hesabatlar aiddiyyəti üzrə təqdim ediləcək”, - deyə, Vüqar Eyvazov vurğulayıb.

 

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə deyir ki, keçirilən "Açıq qapı" aksiyaları zamanı sahibkarların qazla bağlı bütün problemləri dinlənilir.

 

Sonda media nümayəndələrinə bildirilib ki, “Azəriqaz” İstehsala Birliyinin abonentləri bu il istehlak edilmiş qaza görə 576 mln. manat ödəyib.

 

Semral Cavad,

Ceyhun Mustafayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv