Şahın xanımından şok iddia: 384 çanta qızılı, 35 milyard dolları və 5 min brilyantı kim aparıb?
İran hökumətinin sözcüsü Əli Bahaduri özünün “Twitter” hesabında İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin ölkəni tərk edərkən İrana məxsus 35 milyard dolları, 384 çanta zərgərlik əşyaları, 5 min brilyant olan 2 tacı, 50 ədəd zümrüdü və 368 mirvarini özləri ilə apardığını yazmışdı. Bununla bağlı Məhəmmədrza şah Pəhləvinin həyat yoldaşı Fərəh Diba “Amerikanın səsi”nin İran xidmətinə müsahibə verib. O bildirib ki, şah dövründə ancaq ailəyə və Pəhləvi nəslinə aid olan əşyaları bir yerdən başqa yerə aparmaq olardı, dövlətə məxsus olanlara bu aid edilməyib.
O əlavə edib ki, tactaxma protokolunda taclar mərkəzi bankdan xüsusi mühafizəçilərlə gətirildi, daha sonra seçim olurdu, ümumilikdə 5 nəfər iştirak edirdi. Hətta Fərəh Diba Gülüstan sarayındakı xalçalardan birinin evinə gətirilməsinə icazənin verilmədiyini də qeyd edib.
“Gülüstan sarayındakı xalçalardan birini muzeyə gətirmək istədim amma mənə vermədilər. Yəni icazəsiz olmazdı! Bildirildi ki, dövlətə aid olan əşyalar yalnız icazə ilə aparmaq olar. Hətta “Keyhan” qəzetində biz ölkəni tərk etdikdən sonra hər şeyin yerində olduğu barədə yazmışdılar” - deyə Məhəmmədrza şah Pəhləvinin həyat yoldaşı Fərəh Diba əlavə edib.
O iddia edib ki, İran hökumətinin sözçüsü bu məsələni bilərəkdən gündəmə gətirir. İranın ali rəhbərliyi ölkədəki rejimin dəyişəcəyindən qorxuya düşüb, buna gör də talançılıq planları qurur: “Başlarının bəlada olduğunu və rejimin dəyişəcəyini bildiklərindən, keçmişə və Pəhləviyə maraq artdığından ləl-cəvahiratlardan bəhs etməyə başlayıblar. Bu bəylərin ağlı haradadır?”
Daha sonra o, insanları Milli Banka və Muzeyə getməyə, zərgərlik əşyalarının yerində olub-olmadığını öz gözləri ilə görməyə səsləyib.