Şahzadənin etirafı hamını heyrətə saldı - 25 nəfər öldürmüşəm
“Əfqanıstanda xidməti vəzifəmi yerinə yetirərkən 25 nəfəri öldürmüşəm və buna görə utanmıram”.
Bunu Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Şahzadə Harri dərc olunacaq “Ehtiyat” adlı xatirə kitabında yazıb.
Şahzadənin bu fikirləri birmənalı qarşılanmayıb.
“The Telegraph”ın yazdığına görə şahzadə Harri öz kitabında bunları da qeyd edib: “Birinci gündən məqsədim düzgün hərəkət edib-etmədiyimlə bağlı şübhəsiz yatağa getməmək idi... Mən bütün varlığımla evə dönmək istəyirdim, amma daha çox vicdanımın sağ-salamat qalmasına çalışırdım. Bu rəqəmdən qorxmamaq mənə çox vacib görünürdü. Mən 25 nəfər öldürdüm. Bu, məni qane edən rəqəm deyildi, amma məni utandırmır da".
Kitabında "Kimisə insan kimi görsəniz, öldürmək mümkün deyil" qeydini yazan Harri ordunun ona bu mənada çox şey öyrətdiyini bildirib.