Şair və yazarlar bu Mərkəzə müraciət edərək dəstək ala biləcəklər

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Mədəni Tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzi kitab təqdimatı və yazarların imza günlərinin keçirilməsinə dəstək layihəsini təqdim edib.

 

APA TV-nin xəbərinə görə, layihənin əsas məqsədi ölkəmizdə kitaba, mütaliəyə marağın artırılması, istedadlı insanlara dəstək olmaq, onların geniş oxucu auditoriyasına tanıdılması üçün yeni imkanların yaradılmasıdır.

 

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid, ədəbi tənqidçi, professor Cavanşir Yusifli çıxış ediblər.

 

Yeni layihənin təqdimatının ardınca iki yazarın - Samirə Əşrəf və İlham Əzizin imza günü baş tutub.

 

Qeyd edək ki, bundan sonra şair və yazarlar Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzə müraciət edərək təklif olunan dəstəkdən yararlana biləcəklər. Burada yaradıcı şəxslərə kitab təqdimatları, imza günlərinin keçirilməsində məkan və texniki dəstək təklif olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv