Sakinlər arasında dava: Keçmiş məhkum öldürüldü

Şamaxı rayon Polis Şöbəsinə şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Araşdırmalarla Şəfayət Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  M.Rizvanov tutularaq istintaqa təhvil verilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv