Saleh Məmmədov Bakı-Quba yolundakı dəhşətli qəzadan danışdı

Bakı-Quba avtomobil yolunda layihələndirməyə uyğun olaraq, sürətin tənzimlənməsi üçün yol nişanları quraşdırılıb.

APA TV xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov 2021-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında söyləyib: "Quba yolunda bir neçə gün əvvəl baş vermiş faciə özümə də çox pis təsir edib. Amma mətbuat işçiləri gündəlik avtomobil yollarında olan faciələrin sayını hesablasalar, görərlər ki, bu da onların biridir. Bunu ümumrespublika matəminə çevirməyi tövsiyə etmirəm".

Agentlik sədri qeyd edib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır. Hazırda Quba yoluna alternativ yol çəkilir. Həmin yol 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək.

 

Semral Cavad,

Fariz Quluyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv