Salona gedən gəlin qəzada öldü - Bu gün toyu idi - APA TV

Salona gedən gəlin qəzada öldü - Bu gün toyu idi Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, nəticədə Famil Qasımov, sərnişinlərdən Nuranə Hüseynova və Günay Hüseynova ölüb. Digər sərnişin Xəyalə Hüseynova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, 2005-ci il təvəllüdlü Nuranə Hüseynovanın bu gün toyu olacaqmış, onlar gözəllik salonuna gedən zaman qəzaya düşüblər. Xəyalə Hüseynova və Günay Hüseynova isə gəlinin əmisi qızlarıdır.

Müəllif | Apa.Tv
Apa.tv