Salyan sakini dəm qazından boğulub

Salyanda 39 yaşlı kişi dəm qazından boğularaq ölüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Musayev Teymur Cəfər oğlu vanna otağında dəm qazından zəhərlənib. Şirvan xəstəxanasına çatdırılan 39 yaşlı kişini xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv