Salyanda 33 yaşlı piyadanı maşın vurub öldürdü
Salyanda avtomobilin vurduğu piyada ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 33 yaşlı Sadıq Mustafayev yolu keçmək istəyib. Onu vuran sürücü hadisə yerindən qaçıb. Piyada hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
Hadisəni törədən sürücü və avtomobil axtarılır. Araşdırma davam edir.