Salyanda 36 balıqçının 5 saatlıq balıq ovu

Turnir Ələ-Astara yolunun Baş Şirvan kollektoru ilə kəsişdiyi yerdə Salyan rayonu ərazisində baş tutub. 36 həvəskar balıqçı balıq ovu turnirində iştirak edib. 5 saat ərzində ümumi çəkidə daha çox balıq tutan 3 balıqçı turnirin qalibi olub. Turnirin əsas məqsədi qadağan edilən vaxtlarda torlarla balıqların kütləvi şəkildə ovlanmasına qarşı çıxmaq, su hövzələrində balıqları icazə verilən mövsümdə yalnız tilovlarla ovlanmasını təşviq etmək, balıq ovu mədəniyyətini insanlar aşılamaq və təşviq etməkdir. Sonda ilk üçlükdə qərarlaşan qaliblər qiymətli balıq ovu ləvazimatları ilə mükafatlandırılıblar.

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv