Salyanda ağır qəza: minik maşını yük avtomobili ilə toqquşdu
Salyanda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə ötən gecə yeni Ələt-Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıda gedən “Kamaz” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Qəza nəticəsində “Mersedes”də olan Lənkəran rayon sakini, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu hadisə yerində dünyasını dəyişib. Digər sərnişin 1994-cü il təvəllüdlü Məmmədova Ülkər Rafiq qızı isə xəsarətlərlə xəstəxanaya daxil olub.
Faktla bağlı araşdırma aparılır.