Salyanda arvadını bıçaqlayandan sonra özünü yandıran ər öldü
Salyanda kişi həyat yoldaşını bıçaqlayıb, sonra özünü yandırıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün Salyan rayonunun Kürsəngi kəndində baş verib. Kənd sakini, 32 yaşlı Məcid Asəf oğlu Kərimov dayısı qızı 26 yaşlı Aysel Kərimovanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Məcid Kərimov həyat yoldaşını bıçaqlayandan sonra bağa gedib və üzərinə benzin tökərək özünü yandırıb. Bundan xəbər tutan yaxınları onu xilas edə bilsələr də ciddi yanğın xəsarətləri alıb. Ər-arvad dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Qadın əməliyyata götürülüb və əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Məcid Kərimovun vəziyyəti ağır olduğundan paytaxt Bakı şəhərinə 5 saylı klinikanın yanıq şöbəsinə göndərilib.
Bakıda həkimlərin səyinə baxmayaraq, Məcid Kərimovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Bu gün onun meyiti doğulduğu kəndə dəfn edilib.
Əldə olunan bəzi məlumatlara görə, hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
Qeyd edək ki, bu nigahdan onların biri qız, biri oğlan olmqala iki azyaşlı uşaqları olub.