Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar etdi

Salyanda ata qızını qətlə yetirdikdən sonra intihar edib. 

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Babazənan yaşayış massivində Azər Həsənov küçəsi 5 ünvanında qeydə alınıb.

 

52 yaşlı Məzahim Qurbanov ailə münaqişəsi zəminində ov tüfəngi ilə 25 yaşlı qızı Rəvanə Qurbanovanı baş nahiyəsindən vuraraq qətlə yetirib.

 

Daha sonra Məzahim Qurbanov özünü də odlu silahla öldürüb.

 

Hadisə ətrafında istintaq hərəkətləri aparılır, şahidlər dindirilir. Qətl hadisəsi barədə əlavə təfərrüatlar Baş Prokurorluq tərəfindən açıqlanacaq. 

 

Qeyd edək ki, Rəvanə Qurbanova ailəli olsa da bu evlilikdən övladları olmayıb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv