Salyanda avtomobilin vurduğu piyada xəstəxanada öldü
Salyanda avtomobil qəzasında xəsarət alan rayon sakini xəstəxanada ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Ələt-Astara magistralında 1992-ci il təvəllüdlü Ümid Rüstəmov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı 1990-cı il təvəllüdlü Bayram Əliyevi vurub. Nəticədə piyada “Ford Transit” avtomobilinə çırpılıb. “BMW” markalı avtomobil isə yol kənarındakı dirəyə dəyib.
Qəza zamanı bədən xəsarətləri alan piyada və sürücü Salyan Rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Bayram Əliyev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.