Salyanda davamlı oğurluqlar edən şəxs saxlanılıb

APA Tv-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, Abbasov Nicat Miraslan oğlu ona məxsus “Dokto” adlı aptekdən 585 manat məbləğində pulun oğurlandığı barədə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.  Müraciətlə bağlı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon Peyk kənd sakini, 1992-ci il təvəllüdlü Eyvazlı Tahir Valeh oğlu saxlanılıb. İstintaq zamanı etdiyi oğurluqları etiraf edən Tahir  Eyvazlının digər oğurluq əməlləri də aşkar edilib.  Hətta  atasına məxsus 2 baş xırdabuynuzlu heyvanı oğurlayan Tahir  Eyvazlı, müxtəlif vaxtlarda mal-qara və qızıl-zinət əşyalarını oğurladığını da təsdiqləyib.

Faktla bağlı Salyan Rayon Polis şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv