Salyanda əməliyyat: Tutulanlar var

Salyanda oğurluq və soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayonun Kərimbəyli kəndi ərazisində yerləşən evlərdən 4 min manatlıq dəmir boru və lövhələr oğurlayan keçmiş məhkumlar Orxan Hüseynov və Röyal Səmədov yaxalanıb.

 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat nəticəsində isə mart ayının 15-də rayon ərazisində bir qadına qarşı zor tətbiq edərək əlində olan 380 manat pulu soyğunçuluq yolu ilə ələ keçirən, əvvəllər də məhkum olunmuş Pərviz Əhmədov da saxlanılıb.

 

Saxlanılan zaman onun üzərindən metamfetamin aşkarlanaraq götürülüb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv