Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, qəza Ələt-Astara yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Pikap” tipli avtomobillə “Azsamand” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv