Salyanda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun Bəydilli kəndində yaşayan Ələkbər Əkbərovun virusun yayılmasına şərait yaratdığı müəyyən edilib.

 

O, karantin qaydalarını pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsilə ona yaşayış evini tərk etməmək barədə xəbərdarlıq olunmasına baxmayaraq, bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Ələkbər Əkbərov Bəydilli kəndinin inzibati ərazisində ictimai yerdə olması polislər tərəfindən müəyyən edilib.

 

Polislər təcili tibbi yardım avtomobili vasitəsilə həmin şəxsi yaşadığı evə qaytarıblar. Onun barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv