Salyanda kütləvi dava - İKİ NƏFƏR BIÇAQLANDI
Salyanda kütləvi dava zamanı 2 nəfər bıçaqlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Salyan şəhərindəki 9 mərtəbəli yaşayış binasının yaxınlığında parkda baş verib.
Kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və Aşağı Kürkənd kənd sakini, 1995-ci il təvəllüdlü Təhmasib İbad oğlu Şirəliyev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralılar dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.