Salyanda narkotik yetişdirən qardaşlar yaxalandı

Salyanda 2 qardaşın həyətində 300 ədəd çətənə kolu aşkar edilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən rayonun Qırxçıraq kəndində keçirilən əməliyyat zamanı 38 yaşlı Elman və 35 yaşlı Əlizamin Cəlalov qardaşları şübhəli şəxs qismində saxlanılıb. Onların ayrı-ayrılıqdakı həyətlərindən ümumilikdə 299 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Elman

 

Həyətyanı sahələrdə aşkar edilmiş çətənə kolları kökündən çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb.

 

Qeyd edək ki, hər iki qardaş əvvəllər də məhkumluq həyatı yaşayıblar

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv