Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin (ŞPŞ) Post Patrul Xidməti bölüyünün əməkdaşları tərəfindən  rayonunun Düzənlik kəndi ərazisində həmin kəndin sakinləri, 1988-ci il təvəllüdlü Xəlilov Elvin Güloğlan oğlu və 1967-ci il təvəllüdlü Əliyev Arif Maarif oğlu qanunsuz ov etdiklərinə görə saxlanılıb. 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, saxlanılan şəxslərdən sənədləri olmayan 2 ədəd ov silahı, 2 ədəd patron və 1 ədəd çöl ördəyi aşkar edilərək götürülüb. 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv