Salyanda qonşular arasında mübahisə düşdü – ÖLƏN VAR

Salyanda 41 yaşlı kişi 27 yaşlı qonşusunu öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə  Salyan rayonunun Şorsulu ərazi vahidinə daxil olan Boranıkənd kəndində baş verib.

Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Rəşad Əhədov, qonşusu - 1993-cü il təvəllüdlü Hilal Hüseynovu mübahisə zəminində bıçaqlayıb. Bədəninin müxtəlif yerlərindən çoxsaylı bıçaq zərbəsi alan 27 yaşlı gənc Salyan mərkəzi rayon xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılaraq əməliyyata götürülüb. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən Hilal Hüseynov çoxlu qan itirdiyindən halı pisləşib və həkimlər onun həyatını xilas edə bilməyib.

Qətli törədən və əvvəllər də məhkumluğu olan və ruhi-əsəb dispanserində müalicə alan Rəşad Əhədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv