Salyanda zəncirvari qəza - RESPUBLİKA CÜZƏM XƏSTƏXANASININ BAŞ HƏKİMİ YARALANDI
Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.
“Daewo”, “Tayota Prado” və “VAZ 2107” markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 3 nəfər- Bakı sakini, 1960-cı il təvəllüdlü Vidadi Əliyev, 1990-cı il təvəllüdlü Lalə Həsənova və 1982-ci il təvəllüdlü Zöhür Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Yaralılardan ağır kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik xəstəxanasına yola salınıb.
Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir.
Faktla bağlı araşdırma aparılır.