Samara-Bakı aviareysi üzrə uçuşlara başlanılıb
Rusiyanın "IrAero"aviaşirkəti Samara-Bakı aviareysi üzrə müntəzəm uçuşlara başlayıb.
Bu barədə APA TV-yə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd olunub ki, aviareys artıq açılıb və uçuşlar həftədə bir dəfə, çərşənbə günləri "SuperJet 100"təyyarəsi ilə həyata keçirilir.
Xatırladaq ki, iyunun 4-dən etibarən "Ural Airlines"aviaşirkəti də Samaradan Bakıya birbaşa aviareyslər üzrə həftəlik uçuşlara başlayacaq.