Şamaxı sakini öldü, hadisə yerində başqasının silahı tapıldı

Şamaxıda intihar baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Cavanı kəndində baş verib.

Şamaxı şəhər sakini, 44 yaşlı Hünər Ramiz oğlu Eyyubov özünməxsus "VAZ-2107" markalı 40/BX/120 dövlət nömrə nişanlı avtomobilində ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerindən Bakı şəhər sakini Əflatun Məcidova məxsus ov tüfəngi götürülüb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv