Şamaxıda 4-cü sinif şagirdi göldə boğuldu

Şamaxı rayonunda bədbəxt hadisə baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mirikənd kəndi ərazisində qeydə alınıb.

 

Rayonun Məlcək kənd sakini, 2011-ci il təvəllüdlü Əlizadə Mehdiyev başqa uşaqlarla birgə Mirikənd kəndindəki göldə çimərkən ehtiyatsızlıq edib və suda boğularaq ölüb.

 

Məlcək kənd orta məktəbinin 4-cü sinif şagirdi olan Əlizadə Mehdiyevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv