Şamaxıda avtomobil 24 yaşlı qızı vurub

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 19:30 radələrində Bakı-Şamaxı yolunda, Şamaxı "ASAN" Xidmət Mərkəzinin qarşısında baş verib. 

"Mercedes" markalı minik avtomobili yolu keçən piyadanı, Bakı şəhər sakini, Şamaxıda yaşayan 1996-cı il təvəllüdlü İsmayılova Tamam Akif qızını vurub. Yaralı ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv