Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saat 22:00 radələrində Şamaxı şəhərinin Şəhriyar qəsəbəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən sərxoş vəziyyətdə qəflətən yola çıxan piyada 1971-ci il təvəllüdlü Nazim Əjdər oğlu Məsimovu vurub. O, aldığı ağır xəsarətlər nəticəsində  hadisə yerində ölüb.

 

 Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv