Şamaxıda bir kənd boşalır, buna səbəb kənd yolundakı vəziyyətdir – APA TV
Şamaxıdan 10 kilometr uzaqlıqda yerləşən, vaxtilə səsli-küylü, qonaq-qaralı, gözəl təbiətə malik olan Şamaxının Kərkənc kəndi indi sakitliyə qərq olub. Sakinlər deyir ki, problem əlindən hamı kəndi tərk edir. Kərkəncin ən böyük problemi yol problemidir.