Şamaxıda karantin qaydalarını pozan çayxana aşkar edildi
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayon ərazisində qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə polis əməkdaşları tərəfindən Şəhriyar qəsəbəsində yerləşən çayxanaya baxış zamanı obyekti işlədən şəxsin və 9 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən olunub. Onlar Polis Şöbəsinə dəvət edilib, həmin şəxslərin barələrində qanunvericiliyə uyğun tədbir görülüb.
Şahnəzər Bəşirov