Şamaxıda kişi keçmiş arvadını mağazada bıçaqlayıb – HADİSƏ ANI
Şamaxıda kişi keçmiş arvadını bıçaqlayıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən "Ucuzluq" mağazasında qeydə alınıb. Bıçaqlanma hadisəsi anbaan müşahidə kamerasına düşüb. Rayon sakini Elton Hüseynov mağazaya daxil olaraq insanların gözü qarşısında keçmiş həyat yoldaşı Xanım Teymurovanı amansızlıqla bıçaqlayıb. Qadın bədənin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq xəsarəti alıb.
Yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Elton Hüseynov hadisə yerindən qaçsa da polis əməkdaşları onu saxlayaraq istintaqa təhvil veriblər. O, məhkəmənin qərarı ilə həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosesual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı Elton Hüseynovun ailə-məişət münasibətləri zəmnində aralarında yaranmış münaqişə zamanı Xanım Teymurovanı qəsdən öldürməyə cəhd etdiyi məlum olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.