Şamaxıda maşın aşdı: 4 yaralı
Şamaxıda maşın aşıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Sabir qəsəbəsi ərazisində qeydə alınıb. 10-UD-495 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Nəticəsində Ağsu rayon sakinləri - 1969-cu il təvəllüdlü İsmiyev Mais Misir oğlu, 1990-cı il təvəllüdlü Ömərov İsmayıl Ağagül oğlu, 1983-cü il təvəllüdlü Zamanov Bəhruz Məhbub oğlu, 1987-ci il təvəllüdlü Qasımov Cavanşir Nizami oğlu xəsarət alıb.
Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.