Şamaxıda maşın aşdı, sürücü öldü
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 18:40 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Şamaxı sakini, 1989-cu il təvəllüdlü Eldəniz Hidayət oğlu Kərimov idarə etdiyi 10 NG 734 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, E.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.