Şamaxıda minik maşını divara çırpıldı – YARALILAR VAR
Şamaxı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Şamaxı-Mədrəsə yolunda hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb.
Hadisə zamanı avtomobildə olan Mədrəsə kənd sakinləri, 1979-cu il təvəllüdlü Anar Paşayev, 1983-cü il təvəllüdlü İlkin Rəfiyev və 2002-ci il təvəllüdlü Oruc Nəzərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV