Şamaxıda qətl: idman müəllimi Avropa çempionunu öldürdü

Şamaxıda idmançılar arasında baş verən dava qanla nəticələnib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şamaxı şəhərinin "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

 

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev hadisə yerində ölüb. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda cinayət işi başlanıb, Orxan Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

 

Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi kimi çalışır. Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.

Müəllif | Apa.Tv
Apa.tv