Şamaxıda yolu keçən həkimləri maşın vurdu – HƏR İKİSİ ÖLDÜ

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı yolunun üstündə yerləşən Şamaxı Müalicə Diaqnostika Mərkəzinin qarşısında qeydə alınıb.

 

Belə ki, “VAZ 2107” markalı avtomobil yolu keçən diaqnostika mərkəzinin işçiləri Tamella Haqverdiyeva və Zümrüd Mustafayevanı vurub. 

 

Qəza nəticəsində hər iki piyada hadisə yerində həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv