Şamaxının Qonaqkənd kəndində torpaq sürüşməsi baş verdi

Şamaxı rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən Qonaqkənd kəndində torpaq sürüşməsi aktivləşib. Torpaq sürüşməsi nəticəsində kəndin rayon mərkəzi ilə əlaqəsi çətinləşib. Ərazidə asfalt örtüyü çökərək yolun bir hissəsini bağlayıb.Sürüşmə nəticəsində avtomobil yolunda iri çatlar və uçqunlar  əmələ gəlib.  Sakinlərin sözlərinə görə, sürüşmə prosesləri davam edir və hər gün miqyası genişlənərək yolda təhlükəli vəziyyət yaradır.

Müəllif | Apa.Tv
Apa.tv