Şamaxıya yağan qar sürücüləri yolda qoydu - APA TV

Şamaxıya yağan güclü qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Rayonun dağ kəndlərində qarın hündürlüyü 30-40 santimetrə çatıb. Çovğun və buzlaşma nəticəsində bəzi sürücülər yolda qalıb. Pirqulu istiqamətinə hərəkət etmək istəyən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıblar. Yollara qum-duz qarışığı səpilsə də qarın yağması səbəbində yol yenidən bağlanır. Bundan əlavə güclü külək dağlardakı qarı avtomobil yoluna gətirərək hərəkət hissəsini tamamilə örtür. Bu səbəbdən də bir çox avtomobillər yoldan çıxaraq kənarda hərəkətsiz vəziyyətdə qalıb. Hazırda da qarın yağması davam edir ən çox qar Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin sözlərinə görə, həmin kəndlərdə qarın hündürlüyü 50 santimetrə çatır. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün işlər görülür. Bu yolların axşam saatlarında tamamilə buz bağlayacağı və gecə səhərədək avtomobillərin hərəkəti üçün çox təhlükəli olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv