Samux sakininin yumruqla öldürülməsi barədə cinayət işi açılıb

Samuxda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub.

Samux rayon prokurorluğundan verilən məlumata görə, fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisə vaxtı hər iki şəxsin sərxoş olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv