Samuxda 2 maşın toqquşdu: 3 yaralı
Samuxda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.
“Mercedes” və "VAZ 2106” markalı minik maşınları toqquşub. Nəticədə 3 nəfər yaralanıb. Yaralılıar Samux Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar 1978-ci il təvəllüdlü Əsgərov Zaur Arif oğlu və 1949-cu il təvəllüdlü Mustafayev Qubad İbrahim oğlu və adı məlum olmayan şəxsdir. Qubad Mustafayevin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.