Samuxda ağır qəza, yaralılar var
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun “İnstitut” qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" ilə "VAZ-2016" markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Qəzada xəsarət alanlar 1990-cı il təvəllüdlü Arzuman Hüseynov, 1983-cü il təvəllüdlü Vüsal Həsənov, 1966-cı il təvəllüdlü Rafiq Qurbanov, 1966-cı il təvəllüdlü Elxan Məmmədov və 1960-cı il təvəllüdlü Ərəstun Nağıyevindir. Yaralıların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin ehtimala görə qəzaya avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.