Samuxda baş verən qəzada toya hazırlaşan gənc dünyasını dəyişib

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qırmızı Samux kəndində qeydə alınıb.

 

Qəza zamanı “VAZ-2106” markalı minik maşını ilə “Mercedes” markalı yük maşını toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

 

28 yaşlı Hasil Süleymanovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə “KamAZ”ın toqquşması nəticəsində Hasil Süleymanov dünyasını dəyişib.

 

Kənd sakinlərinin sözlərinə görə, yük maşınları kənddən keçən yolda sürətlə hərəkət edirlər. Nəticədə də bu cür hadisələr baş verir.

 

Qeyd edək ki, qəzada dünyasını dəyişən Hasil Süleymanov nişanlı olub. Onun yaxınlarda toyu olacaqmış.

 

Faktla bağlı Samux rayon polis şöbəsində araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Samux

 

Müəllif | Apa.Tv
Apa.tv