Samuxda bir məktəb koronavirusa görə distant təhsilə keçib
Samuxda bir orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.
Bu barədə APA TV-yə Samux Rayon Təhsil Şöbəsinin müdir müavini Vüsal Cəfərov deyib. Onun sözlərinə görə, rayonun Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin müəlliminin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən rayon Gigiyena və Epidemilogiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. Təhsil ocağının 527 şagirdi təhsilini distant formada davam etdirir. Vüsal Cəfərov qeyd edib ki, Samuxda təhsil işçilərin vaksinasıyası davam edir.
Artıq dünəndən etibarən rayonda təhsil sahəsində çalışan heyətin vaksinasiyasına start verilib.Müəllim və texniki işçilər covid-19 infeksiyasına yoluxmamaq üçün könüllü olaraq prosesdə iştirak edirlər.